Konte "Napoli"dən iki müdafiəçi istəyib
14.06.2024 - 13:38
![Konte "Napoli"dən iki müdafiəçi istəyib](https://ww3.apasport.az/storage/news/2024/june/14/big/666c0ed4d999f666c0ed4d99a01718357716666c0ed4d999d666c0ed4d999e.jpg)
"Napoli"nin yeni baş məşqçisi Antonio Konte komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, mentor klub rəhbərliyindən iki oyunçu - Amar Dediç və Leonardo Spinazzolanı istəyib.
21 yaşlı bosniyalı "Napoli"dən ayrılmağı planlaşdıran kapitan Covanni di Lorenzonu əvəzləyə bilər.
31 yaşlı italiyalıya gəlincə, o, azad agent kimi çıxış edəcək - onun "Roma" ilə müqaviləsi bu ay başa çatır.
Nüfuzlu "Transfermarkt" portalı Dediçin dəyərini 20 milyon avro, Spinazzolanı isə 4 milyon avro olaraq qiymətləndirilir.
0
0