"Kristal Palas" yarımmüdafiəçisi ilə müqaviləni uzadıb
28.02.2024 - 17:55
!["Kristal Palas" yarımmüdafiəçisi ilə müqaviləni uzadıb](https://ww3.apasport.az/storage/news/2024/february/28/big/65df2b46908ff65df2b4690900170912442265df2b46908fd65df2b46908fe.jpg)
"Kristal Palas"ın yarımmüdafiəçisi Çeyk Dukure ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə 2028/2029-cu il mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Bu barədə "qartallar"ın rəsmi saytında məlumat verilib.
Dukure 2022-ci ilin yayından “Lens”dən keçdikdən sonra “Kristal Palas”da oynayır. O vaxtdan bəri malili London komandasının heyətində 47 oyun keçirib və bu oyunda tərəfdaşlarına 3 məhsuldar ötürmə edib.
0
0