Kristensen "Barselona"nın 300-cü "El-Klassiko" qolunu vurdu
22.04.2024 - 13:10
![Kristensen "Barselona"nın 300-cü "El-Klassiko" qolunu vurdu](https://ww3.apasport.az/storage/news/2024/april/22/big/6626257ae35456626257ae354617137759946626257ae35436626257ae3544.jpg)
İspaniya çempionatının 32-ci turunda “Real” “Barselona” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Kataloniya klubunun ilk qolunu danimarkalı müdafiəçi Andreas Kristensen vurub.
Bu, onun yubiley qolu olub. Bununla "Barselona” “Real Madrid”lə qarşılaşmarda 300-cü qola çatıb.
Qeyd edək ki, matç “Santyaqo Bernabeu” stadionunda baş tutub və “Real”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu uğurdan sonra Madrid nəhəngi 81 xal toplayıb və ən yaxın rəqibini 11 xal qabaqlayır.
0
0