Krivotsyukun komandası heç-heçə etdi
11.05.2024 - 21:00
![Krivotsyukun komandası heç-heçə etdi](https://ww3.apasport.az/storage/news/2024/may/11/big/663f91e230b86663f91e230b871715442146663f91e230b84663f91e230b85.jpg)
Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qanqvon”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 3:3.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Daejeon” hazırda 11 xalla 10-cu pillədə qərarlaşıb.
0
0