Krivotsyukun komandası mövsümü 8-ci pillədə bitirdi
03.12.2023 - 16:53
Futbol üzrə Cənubi Koreya çempionatında mövsümə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" mövsümdəki son matçına çıxıb.
Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda "Seul"la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qaldığı oyunun 44-cü dəqiqəsində sarı vərəqə də alıb.
"Daejeon" mövsümü 51 xalla 8-ci pillədə başa vurub.
- Parabadmintonçumuz Bəhreyndə beynəlxalq turnirə qatılıb
- Kim oynadı, kim vurdu? - STATİSTİKA
- “Fənərbaxça” son dəqiqədə xal itirdi: Qapıçıdan inanılmaz səhv
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ
- III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib
0
0