Kroos AVRO-2024-dən sonra təqaüdə çıxa bilər
07.05.2024 - 17:17
![Kroos AVRO-2024-dən sonra təqaüdə çıxa bilər](https://ww3.apasport.az/storage/news/2024/may/07/big/663a29c0d3085663a29c0d30861715087808663a29c0d3081663a29c0d3083.jpg)
"Real Madrid"in futbolçusu Toni Kroosun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az xəbər verir ki, almaniyalı hələ də klubla sözləşməsinin daha bir il uzadılması təklifinə cavab verməyib.
Məlumata görə, Kroos hazırda AVRO-2024-dən sonra təqaüdə çıxmaq istəyir.
Qeyd edək ki, 34 yaşlı futbolçunun "Real"la hazırkı müqaviləsi iyunun sonunda başa çatacaq.
0
0