Kroos üçün əlamətdar görüş
19.02.2024 - 15:19
![Kroos üçün əlamətdar görüş](https://ww3.apasport.az/storage/news/2024/february/19/big/65d336be44c1b65d336be44c1c170834092665d336be44c1965d336be44c1a.jpg)
"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos İspaniya çempionatının 25-ci turunun "Rayo Valyekano" ilə oyununda (1:1) iştirak edib.
Apasport.az xəbər verir ki, bu görüş təcrübəli alman yarımmüdafiəçinin “kral klubu" üçün 450-ci görüşü olub.
Xatırladaq ki, Toni 2014-cü ildən Madrid nəhənglərinin rənglərini qoruyur. Tərəflər arasında mövcud müqavilə cari mövsümün sonunda başa çatır.
Cari İspaniya çempionatında Kroos “Los Blancos”un heyətində 24 oyun keçirib. Yarımmüdafiəçi 1 qol vurub, 7 məhsuldar ötürmə edib.
0
0