Kumanla yollar ayrıldı - Niderlandda istefa
01.07.2026 - 01:59
Kumanla yollar ayrıldı - Niderlandda istefa

Niderland millisinin baş məşqçisi Ronald Kuman vəzifəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlunatına görə, Niderland Futbol Federasiyası 63 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Ayrılığın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Niderland millisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.

Kuman yığmanı ikinci dönəmində 2023-cü ilin yanvarından çalışdırırdı.