Kunde zədələndi
09.10.2023 - 11:32
“Barselona”nın futbolçusu Jül Kunde zədələnib.
Apasport.az xəbər verir ki, fransalı müdafiəçi La Liqanın “Qranada” ilə matçında xəsarət alıb.
O, sol dizindən zədələnib. Kundenin durumuna müayinələrdən sonra aydınlıq gələcək.
Kunde komanda yoldaşı Qavi ilə toqquşmada xəsarət alıb. Bu üzdən müdafiəçi 44-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
- Alaba ən yaxşı seçildi
- Maksim Medvedev: “Favorit onları görürəm, amma İspaniyaya azarkeşlik edəcəyəm”
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- Ferqyuson dünyanın ən yaxşı məşqçisi seçildi
- İngilis futbolçu 375 matça pul qoyuluşu etdi və... - İTTİHAM
0
0