![Kurtua: “Biz hələ də favoritlərdən biriyik”](https://ww3.apasport.az/storage/news/2025/january/29/big/6799fbcbb1f8d6799fbcbb1f8e17381447156799fbcbb1f8b6799fbcbb1f8c.jpg)
“Real”ın qapıçısı Tibo Kurtua Madrid klubunun hazırkı UEFA Çempionlar Liqasındakı perspektivlərindən danışıb.
Apasport.az AS nəşrinə istinadən xəbər verir ki, o, komandasının hər şeyə rəğmən, qələbə qazandığını söyləyib:
“Uğursuz matçlara baxmayaraq, “Real” həmişə Avropanın ən yaxşı komandalarını məğlub edə bilir. Qarşıda daha bir matçımız var, Liqa mərhələsini ilk 8-likdə başa vurmaq çətin olacaq. Çempionlar Liqası çətin turnirdir. Biz hələ də favoritlərdən biriyik”.
Qeyd edək ki, “Real” bu gün Çempionlar Liqasının əsas mərhələsinin son turunda səfərdə “Brest”lə qarşılaşacaq.