Kurtuanın durumuna aydınlıq gəlib
24.10.2024 - 20:57
![Kurtuanın durumuna aydınlıq gəlib](https://ww3.apasport.az/storage/news/2024/october/24/big/671a73d2c3f8e671a73d2c3f8f1729786834671a73d2c3f8c671a73d2c3f8d.webp)
"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, belçikalı qolkiper "El Klassiko"da iştirak etməyəcək.
Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması İspaniya La Liqasının 11-ci turu çərçivəsində oktyabrın 26-da keçiriləcək.
0
0