La Liqa klubunda yeni baş məşqçi
29.04.2023 - 17:49
İspaniyada “Xetafe” komandasına yeni baş məşqçi təyin edilib.
Apasport.az saytı xəbər verir ki, 59 yaşlı Xose Bordalas komandanın sükanı arxasına gətirilib.
İspaniyalı mütəxəssis bu posta istefaya göndərilən Kiki Sançes Floresi əvəzləyib. “Valensiya”nın sabiq baş məşqçisi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb. Onun qarşısına əsas hədəf kimi komandanı La Liqada saxlamaq tələbi qoyulub.
Qeyd edək ki, son 5 oyunda cəmi 2 xal toplayan “Xetafe” 31 xalla turnir cədvəlinin 18-ci pilləsində yer alır.
- “Sabah”ın rəqibinin heyətində ayrılıq yaşanıb
- Azərbaycan və San-Marino millilərinin ortaq şakəri, Niderland əks qütbdə
- Azərbaycanlı UFC döyüşçüsü: “Vətənimdə məğlub olmağı ağlımdan keçirmirəm”
- Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib
- Əfran İsmayılov avrokuboka yollanır: “Azərbaycanın adı varsa...”
0
0