La Liqa klubunda yeni müqavilə
15.11.2022 - 00:33
![La Liqa klubunda yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2022/november/14/big/63723ef7b95f363723ef7b95f4166843160763723ef7b95f163723ef7b95f2.webp)
“Real Sosyedad” baş məşqçisi İmanol Alqvasillə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
Mütəxəssislə yeni anlaşması 2025-ci ilin yayında başa çatacaq. Alqvasil 2018-ci ildən La Liqa klubunu çalışdırır.
Qeyd edək ki, 14 turdan sonra 26 xala malik “Real Sosyedad” La Liqanın turnir cədvəlində üçüncüdür.
0
0