La Liqa klubundan 20 milyonluq transfer
31.08.2024 - 22:49
İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi “Kopenhagen”dən Ossi Ouskarssonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
“Marca”nın xəbərinə görə, “Real Sosyedad” Ouskarsson üçün 20 milyon avro ödəyəcək.
İslandiyalı forvard “Kopenhagen”də 62 oyunda 23 qol vurub.
- Ronaldo üçün Argentina variantı – çağırış başladı
- Avropa nəhəngləri “Tottenhem”in müdafiəçisini istəyir
- Frits Ştuxlik və Sərxan Hacıyev Elçin Məsiyevə xüsusi mükafat verdi
- Millilərimiz Qızıl Avropa Liqasında növbəti matça çıxacaqlar
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
0
0