“Barselona”nın Niko Uilyams cəhdi uğursuz ola bilər.
Apasport.az xəbər verir ki, İspaniya çempionu “Atletik”in vingerinin 62 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirərək heyətinə qatmaq qərarına gəlmişdi.
Lakin tərəflər arasında olan razılığa baxmayaraq Kataloniya təmsilçisi oyunçunu heyətinə qatacağı halda, onun qeydiyyatı zamanı problemlə üzləşə bilər.
22 yaşlı futbolçu transfer edilsə belə, onun qeydiyyatdan keçməsi üçün İspaniya klubu mütləq bir futbolçusu ilə yollarını ayırmalıdır.
Bu haqda La Liqa prezidenti Xavyer Tebas açıqlama verib:
“Hazırki vəziyyətə görə danışsaq, “Barselona” onu transfer etsə belə qeydiyyatdan keçirə bilməyəcək.”
Qeyd edək ki, La Liqa təmsilçisi ötən mövsüm də ispaniyalı futbolçusu Dani Olmonun qeydiyyatı zamanı eyni problemlə üzləşmişdi.
- Azərbaycanın U-15 millisinin seleksiya xarakterli təlim-məşq toplanışı olacaq
- “Böyük beşlik”də kimə ÜST oynamaq olar?
- "Araz-Naxçıvan”dan əzmkar qələbə - YENİLƏNİB
- Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB
- Braziliyalı hücumçu C seriyası klubunu “Sabah”dan üstün tutdu