Madrid “Atletiko”sunun baş direktoru Migel Anhel Hil La Liqanın Direktorlar Şurasındakı üzvlüyündən və qurumun vitse-prezidenti vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, ötən həftə La Liqanın prezidenti Xavyer Tebas Avropa Klublar İttifaqının (UEC) maliyyələşdirilməsinə və fəaliyyətinin dəstəklənməsinə 1 milyon avrodan çox vəsait xərcləndiyini klubların diqqətinə çatdırıb.
Bu açıqlama İspaniya klubları arasında ciddi narazılığa səbəb olub. Bir sıra klubların məsələ ilə bağlı hüquqi mövqelərini yenidən nəzərdən keçirdikləri bildirilir.
Bununla belə, La Liqa rəhbərliyinin Hilin istefasını onun artıq “Atletiko”nun əsas səhmdarı olmaması ilə əlaqələndirəcəyi gözlənilir.
- Halil Atlı: “Qələbəmizi də Barrelə həsr edirik”
- Rəhim Sadıxovun “Sumqayıt”la müqavilə müddəti açıqlandı
- Təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu 2026-cı ildə keçiriləcək
- “Əl-Hilal”dan Dembeleyə fantastik təklif – 200 milyon avro maaş
- Elxan Abdullayev: “Matçın əvvəlində bir neçə səhvə yol verdik”