Lamin Yamal “Laureus” mükafatı qazanıb
22.04.2025 - 12:13
"Barselona"nın gənc ulduzu Lamin Yamal “ilin ən yaxşı oyunçusu” nominasiyası üzrə “Laureus” mükafatına sahib çıxıb.
Apasport.az xəbər verir ki, mötəbər mükafatın təqdimetmə mərasimi İspaniyanın paytaxtı Madriddə təşkil olunub.
17 yaşlı ispaniyalı cari mövsümdə La Liqada 29 oyunda iştirak edib, 6 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Laureus” mükafatı 1999-cu ildən etibarən idmançılara mövsüm ərzində əldə etdikləri uğurlar əsasında təqdim olunur və dünya idmanının nüfuzlu mükafatlarından sayılır.
- Kurban Berdiyev: "Bu oyun üçün motivasiyamız çatışmırdı"
- Kəmər dərəcələri üzrə imtahan keçirilib
- Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq
- I Liqa: Pley-offda nominal meydan sahibi bəlli oldu
- Sabiq klub prezidenti: “O, “Qarabağ” qladiatorlarının heç yarısı deyil”
0
0