"Hələ heç nəyə nail olmamışıq".
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın prezidenti Xoan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununundan öncə jurnalistlərə açıqlamasında deyib.
O, "Borussiya" ilə cavab oyunundan öncə komandanı və azarkeşləri eyforiyaya qapılmamağa səsləyib:
"Biz qalib gəldiyimiz İspaniya Superkuboku və komandamızın bu mövsüm göstərdiyi futbolla fəxr edirik, lakin hədəflərə hələ çatmayıb. Bu, futboldur. Futbolda hər şey ola bilər".
Qeyd edək ki, Hans-Diter Flikin komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu Dortmund "Borussiya"sına qarşı keçirəcək. Kataloniya klubu evdə keçirdikləri ilk oyunda böyük hesablı qələbə qazanıblar – 4:0.
- Millimiz tarixinin ən yaxşı nəticəsinə imza atdı: Dünya üçüncüsü oldu
- “Səbail”dən qələbə, “Sabah”dan heç-heçə - video
- AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək
- Qurban Qurbanov: “Ölkə futbolu üçün özümüzü qurban verməyə hazır olmalıyıq”
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində