“Barselona”nın prezidenti Joan Laporta “Bavariya”nın hücumçusu Robert Levandovskinin mümkün transferindən danışıb.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri polşalı ulduz futbolçunun transferində maraqlı olduqlarını gizlətməyib.
O, hazırda Almaniya klubundan cavab gözlədiklərini açıqlayıb: “Levandovski üçün “Bavariya”ya təklifimizi etmişik, hazırda onların cavabını gözləyirik. Ümid edirəm ki, cavabları müsbət olacaq. Klubumuza qoşulmaq üçün əlindən gələni edən Levandovskiyə təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, “Bavariya” 34 yaşlı forvardın transferi üçün 40 milyon avro təzminat tələb edir.
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Junior Martins: “Biz hamımız bir olub, məqsədimizə çatdıq“ - MÜSAHİBƏ
- “Fənərbaxça”nın heyətindən çıxarılan futbolçu “Trabzonspor”a keçə bilər
- Aleks Souza: “Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır” - Müsahibə
- Aleksandr Lakazett: Fransanın İstedadlı Hücumçusu