"Latsio" Renat Dadaşovun keçmiş komanda yoldaşını istəyir
06.06.2024 - 12:21
!["Latsio" Renat Dadaşovun keçmiş komanda yoldaşını istəyir](https://ww3.apasport.az/storage/news/2024/june/06/big/6661731fa7ab26661731fa7ab317176624956661731fa7ab06661731fa7ab1.jpg)
İtaliya təmsilçilərindən "Latsio" "Hatayspor"un futbolçusu Fisayo Dele-Başirunu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, A Seriya klubu 23 yaşlı nigeriyalı üçün Türkiyə klubuna 5 milyon avro önərib. "Hatayspor" isə 6 milyon avro və əlavə bonuslar tələb edib.
Dele-Başiru başa çatan mövsümdə Süper Liqada 36 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0