“Latsio”dan müdafiəçi transferi - Rəsmi
03.07.2026 - 16:51
“Latsio”dan müdafiəçi transferi - Rəsmi

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Roma təmsilçisi Alfonso Pedrasanı transfer edib.

30 yaşlı müdafiəçi “Latsio”ya azad agent kimi keçib. İspaniyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pedraza daha əvvəl 15 il “Vilyarreal”da çıxış edib. O, ötən mövsüm La Liqada 27 matça çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.