"Latsio"dan yeni transfer
05.06.2025 - 15:55

"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Arsenal"ın futbolçusu Nunu Tavarişi transfer edib.
Bunu Roma təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Portuqaliyalı ötən mövsümü “Latsio”da icarə əsasında çıxış edib.
Qeyd edək ki, Tavariş karyerası ərzində “Benfika” (Portuqaliya), “Marsel” (Fransa) və “Nottinqem Forest” (İngiltərə) klublarında çıxış edib.
0
0