İtaliyanın "Milan" klubunun futbolçusu Rafael Leaonun Türkiyəyə mümkün transferi çətinləşib.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Mənbənin iddiasına görə, "Milan" portuqaliyalı vinger üçün tələb etdiyi 60 milyon avroluq transfer haqqından geri çəkilmir. Bu səbəbdən futbolçunun Türkiyə çempionatına keçidi hazırda dalana dirənib.
Bildirilir ki, 26 yaşlı hücumçu ilə həm "Fənərbaxça", həm də "Qalatasaray" yaxından maraqlanır. Lakin İstanbul nəhəngləri İtaliya klubunun maliyyə tələblərini qarşılamaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Rafael Leao ötən mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə verib.