Lempard “Koventri”də qalır - Yeni müqavilə imzalanacaq
01.07.2026 - 00:01
“Koventri Siti” baş məşqçisi Frenk Lempardla yeni müqavilə barədə razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 3 illik yeni sözləşmə ilə bağlı bütün məsələlərdə razılıq əldə ediblər.
Qeyd edək ki, Lempard 2024-cü ilin noyabrından "Koventri Siti"ni çalışdırır.
Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 46 turdan sonra 95 xalla Çempionşipin qalibi olub və 25 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına yüksəlib.
- “Arsenal”da ciddi itki
- Dövlət başçısı: “Görürdüm ki, bəzi federasiyalarda nəticələr əldə edilmir”
- Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
- Türkiyə millisi FIFA reytinqində gerilədi: 5 pillə birdən
0
0