Leno Londonun digər klubunda
26.07.2022 - 18:01
“Arsenal”ın qapıçısı Bernd Leno ilə yollarını ayırır.
Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiper karyerasını Premyer Liqanın başqa klubunda davam etdirəcək.
Çünki 30 yaşlı futbolçu “Fulhem”lə şifahi razılığa gəlib. Tərəflər arasında anlaşmaya əsasən, Leno Londonun digər təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq. “Arsenal” bu keçiddən təxminən 10-11 milyon funt sterlinq qazanacaq.
Qeyd edək ki, Bernd Leno 2018-ci ildən bəri “Arsenal”da çıxış edib.
- Millimizin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb
- “Napoli” “Fənər”in istədiyi forvardla maraqlanır
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- “Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
- Qurban Qurbanov: "Zirə"nin büdcəsinə görə bəlkə də Rəşad Sadıqov bizə qalib gəldi"
0
0