Levandovski “Bavariya”ya qoşulur
11.07.2022 - 15:20
Robert Levandovski mövsümöncəsi hazırlığa “Bavariya”da başlayacaq.
Apasport.az saytının məlumatına görə, polşalı ulduz futbolçu sabah komandaya qoşulacaq.
Münhen klubunun rəhbərliyi 34 yaşlı forvardın sabah məşqə çıxacağını gözləyir. Ancaq Levandovski istənilən halda “Barselona”ya keçməkdə qərarlıdır. Sadəcə, “Bavariya” ispanların hazırkı təklifini çox aşağı hesab edir. Bundesliqa çempionu onun keçidindən 50-55 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqaviləsi gələn ilin yayına qədərdir.
- "Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq
- Qrinvudla bağlı yeni qərar - dinləmə başa çatdı
- Malta millisinin üzvü: “Kəpəz” Premyer Liqada öz yerini qoruyub-saxlayacaq"
- Paytaxt təmsilçisi amerikalı ilə gücləndi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
0
0