Levandovski də ərəb karvanına qoşula bilər
02.10.2023 - 18:23
![Levandovski də ərəb karvanına qoşula bilər](https://ww3.apasport.az/storage/news/2023/october/02/big/651abc4fbd18f651abc4fbd1901696250959651abc4fbd18d651abc4fbd18e.png)
Ərəblərin Robert Levandovski israrı davam edir.
Apasport.az saytı xəbər verir ki, “Barselona”nın 35 yaşlı hücumçusu Səudiyyə Ərəbistanının 4 klubunun diqqət mərkəzindədir.
Polşalı forvardın transferi üçün danışıqları davam etdirən yarımada təmsilçiləri mövsümün sonunda bu istəklərini həyata keçirəcəklərinə inanırlar. Kataloniya təmsilçisi isə gözləmə mövqeyindədir. Onlar 2025-ci ilin yayına kimi komandaya bağlı olan Levandovskinin bu mövsümkü nəticəsinə görə qərar verəcəklər.
Qeyd edək ki, yeni mövsümdə 9 matça çıxan Levandovski 6 qol və 4 məhsuldar ötürmə müəllifidir.
0
0