“Leypziq” Xavini transfer etdi - rəsmi
30.01.2025 - 19:35
![“Leypziq” Xavini transfer etdi - rəsmi](https://ww3.apasport.az/storage/news/2025/january/30/big/679b9cc1aa0bf679b9cc1aa0c01738251457679b9cc1aa0b6679b9cc1aa0be.jpeg)
"Leypziq" PSJ-dən icarəyə götürdüyü Xavi Simonsla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunun transfer hüququna yiyələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" Simons üçün PSJ-yə 50 milyon avro təzminat ödəyib.
21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən icarəyə götürmüşdü.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0