Linqard Cənubi Koreyaya yollandı - FOTO
05.02.2024 - 13:14
![Linqard Cənubi Koreyaya yollandı - FOTO](https://ww3.apasport.az/storage/news/2024/february/05/big/65c08722da75065c08722da751170711632265c08722da74d65c08722da74f.jpg)
"Mançester Yunayted"in sabiq hücumçusu Cessi Linqard Cənubi Koreyaya yollanıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını "Seul"da davam etdirəcək.
Təcrübəli forvard Koreya klubu ilə bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə imzalayacaq.
İngilitərəlinin son iş yeri 2023-cü ilin yayında tərk etdiyi "Nottingem Forest" olub. 20 matçda Linqard 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
0
0