"Lion"da ayrılıq rəsmiləşdi
28.01.2025 - 14:49
!["Lion"da ayrılıq rəsmiləşdi](https://ww3.apasport.az/storage/news/2025/january/28/big/6798b643244b86798b643244b917380613796798b643244b66798b643244b7.jpeg)
Daha əvvəl xəbər verdiyimiz kimi, Fransa Liqa 1 komandalarından “Lion”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi baş məşqçisi Pyer Sajla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Saj 2023-cü ilin yayından “Lion”a rəhbərlik edirdi. Komanda 19 turdan sonra 30 xalla 6-cı sıradadır.
0
0