![Lionel Messinin komandası 1/4 finalda KONKAKAF-la vidalaşdı](https://ww3.apasport.az/storage/news/2024/april/11/big/6617c773790f86617c773790f917128344196617c773790f66617c773790f7.jpg)
Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) Çempionlar Liqasının 1/4 final revanş oyununda Meksika təmsilçisi "Monterrey"in qonağı olub.
Apasport.az xəbər verir ki, "Monterrey" ilk matçda 2-1, BBVA Stadionunda keçirilən matçda isə 3-1 qalib gələrək yarımfinala yüksəlib.
Meydan sahiblərinə qələbə qazandıran qolları 31-ci dəqiqədə Brandon Vaskes, 58-ci dəqiqədə German Berterame və 64-cü dəqiqədə Xesus Qallardo vurub.
“İnter Mayami”nin yeganə qolu 85-ci dəqiqədə Messinin assistentlik etdiyi Dieqo Amarilyadan olub. Qonaq komandanın futbolçusu Jordi Alba 78-ci dəqiqədə qırmızı vərəqə alıb.