Liqa 1-də yeni rekord
27.11.2023 - 12:37
![Liqa 1-də yeni rekord](https://ww3.apasport.az/storage/news/2023/november/27/big/6564507172b246564507172b2517010730096564507172b226564507172b23.png)
“Nitsa” Fransa Liqa 1-in tarixinə düşüb.
Apasport.az xəbər verir ki, Françesko Fariolinin komandası Liqa I tarixində ilk 13 turun heç bir matçında hesabda geri düşməyən ilk komanda olub.
“Nitsa” dünən baş tutan son turun ev matçında “Tuluza” üzərində 1:0 hesablı qələbə qazanıb. Bununla da komandanın vəziyyəti daha da yaxşılaşıb. Bu, komandanın cari mövsüm ümumilikdə qol buraxmadığı 10-cu matç olub.
Qeyd edək ki, “Nitsa” çempionatda hazırda lider PSJ-dən 1 xal geri qalır.
0
0