İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold yayda "Real Madrid"ə transfer olacaq.
Apasport.az xəbər verir ki, mersisaydlılar artıq futbolçunun əvəzedicisini tapıb.
İngiltərə mətbuatının yaydığı məlumata əsasən, komanda hazırda "Bayer"də çıxış edən Ceremi Frimponqu yayda heyətinə qatmağı planlaşdırır.
Bildirilib ki, "Liverpul" bu transfer üçün 40 milyon avronu gözdən çıxarıb.
Xatırladaq ki, 24 yaşlı müdafiəçi "Bayer"ə 2021-ci ildə "Seltik"dən 11 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Frimponq bu mövsüm Bundesliqa təmsilçisinin heyətində iştirak etdiyi 40 rəsmi matçda 4 qol, 11 assistlə yadda qalıb.
- Avropa birinciliyində rekord vuran milli komandamız Bakıya qayıtdı - FOTOLENT
- "Qalatasaray"da İlkay Gündoğan səsləri
- Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”
- “Mançester Siti”nin 57 oyunluq seriyası QIRILDI
- "Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır