“Liverpul”, “Arsenal”, yoxsa “Mançester Yunayted”?
27.08.2022 - 12:06
“Seltik”in futbolçusu Mett Oraylli karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın nəhəngləri yarımmüdafiəçinin xidmətində maraqlıdır.
21 yaşlı futbolçu “Liverpul”, “Arsenal” və “Mançester Yunayted”in hədəfindədir. Bu klublardan birinin onu ələ keçirəcəyi gözlənilir.
Lakin Dortmund “Borussiya”sı da yarımmüdafiəçini almaq niyyətindədir. Danimarka millisinin futbolçusu bu ilin yanvarında Qlazqo klubuna keçib.
Qeyd edək ki, Oraylli ötən mövsümün 20 matçında 4 qola imza atıb.
- "Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri təmin edəcək
- Bakıda keçirilən Qran-pridə fransız cütlük qızıl medal qazanıb - FOTO
- "Siti"dən 34 yaşlı qapıçı transferi
- İslam Oyunları: Daha bir idmançımız bürünc medal qazanıb
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
0
0