“Liverpul” daha bir hücumçusu ilə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, “Bavariya”ya keçən Sadio Manenin ardından Roberto Firminonun da klubunu dəyişməsi gündəmdədir.
Heyətini yeni hücumçularla gücləndirən “qırmızılar”da braziliyalı forvard artıq müntəzəm əsas heyətə düşə bilmir. Bu səbəbdən o, əsas heyət üzvü olacağı bir klubda oynamağın əleyhinə deyil. Firmino karyerasını “Yuventus”da davam etdirə bilər. Çünki İtaliya təmsilçisi bununla bağlı yaxın günlərdə qarşı tərəflə rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, Roberto Firmino ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan çempionatında 24 illik rekord təkrarlandı
- "Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli olub
- Kurban Berdıyev: "Oyunçularımı xəbərdar etmişdim ki..."
- Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar