“Liverpul” müdafiəçi alır
25.12.2023 - 23:16

"Liverpul" müdafiə xəttini gücləndirmək arzusundadır.
Apasport.az xəbər verir ki, "Sportinq"in müdafiəçisi Qonsalo İnasio “qırmızlar”ın hədəfindədir.
Premyer Liqa klubu Portuqaliya millisinin də şərəfini qoruyan 22 yaşlı arxa xətt oyunçusunu heyətə cəlb etməyin imkanlarını araşdırır. Futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi nəzərdə tutulub. "Liverpul" belə bir məbləği ödəməyə tələsmir.
Qeyd edək ki, 2012-ci ildən “Sportinq”in heyətində çıxış edən İnasio bu mövsüm 23 oyunda 3 dəfə fərqlənib.
- Tahir Gözəl: "Bu il Azərbaycanı Avropada layiqincə təmsil etdik"
- Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi” - MÜSAHİBƏ
- Stolüstü tennisçilərimiz Dohada daha bir uğura imza atıblar
- “Turan Tovuz”dan əzmkar qələbə - YENİLƏNİB
- Adrian Mutu: “Azarkeşlərimiz əmin olsunlar ki...”
0
0