“Liverpul”a gəlir
05.06.2023 - 18:08
![“Liverpul”a gəlir](https://ww3.apasport.az/storage/news/2023/june/05/big/647dec8fe92ef647dec8fe92f01685974159647dec8fe92ed647dec8fe92ee.png)
İngiltərədə “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Aleksis Makallister "Brayton"dan Liverpul təmsilçisinə qoşulur.
Tərəflərin razılığa gəldiyi, 24 yaşlı futbolçunun "qırmızılar"la 2028-ci ilə qədər müqavilə imzalayacağı bildirilir. Transfer qiyməti 60 milyon funt-sterlinqdən çox olmayacaq. Argentinalı yaxın günlərdə yeni komandasında tibbi müayinədən keçəcək.
Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Makallister 12 qol və 3 assistlə yadda qalıb.
0
0