"Liverpul"da yeni müqavilə
15.10.2024 - 23:53
!["Liverpul"da yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2024/october/15/big/670ec88aaf914670ec88aaf9151729022090670ec88aaf912670ec88aaf913.jpg)
"Liverpul" Trey Nyoni ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub əvəzedici heyətin üzvü ilə müqavilə bağlayıb.
Bunu İngiltərə təmsilçisinin mətbuat xidməti açıqlayıb. 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, o, ötən il "Lester"dən "Liverpul"a keçib.
0
0