“Liverpul”dan Kerkez həmləsi
19.05.2025 - 20:56

İngiltərə Premyer Liqası təmsilçilərindən "Bornmut"un müdafiəçisi Miloş Kerkezin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu "Liverpul"a transfer olmağa yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisaydlılar 21 yaşlı müdafiəçi ilə şifahi olaraq razılaşma əldə edib.
Xatırladaq ki, Kerkez "Bornmut"a 2023-cü ildə "Alkmaar"dan 17,87 milyon avroya transfer olunmuşdu.
Macarıstan millisinin üzvü bu mövsüm Premyer Liqa klubunun heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol, 6 assistlə yadda qalıb.
0
0