
Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-Əhli”nin hücumçusu Roberto Firmino Avropaya qayıda bilər.
Apasport.az xəbər verir ki, braziliyalı forvardın xidməti “Fənərbaxça”ya təklif olunub.
33 yaşlı futbolçu 2023-cü ilin yayında “Liverpul”dan Səudiyyə Ərəbistanı klubuna keçib. Onun hazırkı komandası ilə müqaviləsi il yarımdan sonra başa çatacaq, buna baxmayaraq, vaxtaşırı onun mümkün gedişi ilə bağlı şayiələr yayılır.
Türkiyə klubuna “Roma”dan Paulo Dibalanı transfer etmək variantı da təklif olunub. Rəhbərlik isə daha bir namizədə – “Əl-Nəsr”in rənglərini qoruyan Anderson Taliskaya üstünlük verir.
- "Barselona"nın futbolçusu ÇL matçında zədələnib - FOTO
- "Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi
- Rəşad Sadıqov: “Bu gün buradan məğlub hissi ilə ayrılmıram”
- Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin fəxri diplomu ilə təltif olundu
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb