“Liverpul”un yeni hədəfi
26.04.2023 - 14:01
“Liverpul”un yayda heyətinə qatmaq istədiyi yarımmüdafiəçinin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Cud Bellinqemin transferindən imtina edən İngiltərə klubunun hədəfinə Kelvin Filipsi düşüb.
Mersisaydlılar onu heyətinə qatmağa qərar verib. “Mançester Siti”də kifayət qədər oyun praktikası qazanmayan yarımmüdafiəçinin özü də klubunu dəyişmək arzusundadır.
“Qırmızılar” onun üçün 35 milyon avro ödəməyə hazırdır. Bu keçidin mövsümün sonunda gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, mançesterlilər Kelvini ötən il “Lids”dən 45 milyon avroya transfer edib.
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Sumqayıt axşamı, "İmişli" dramı: Biri yuxarı, biri aşağı
- 40 min klubu olan ölkə: Futbolun beşiyinə səyahət
- Qadın voleybolçuların final mərhələsinin ilk oyunları baş tutdu
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
0
0