"Lokomotiv" fransız müdafiəçi ilə güclənəcək
27.01.2024 - 15:58
!["Lokomotiv" fransız müdafiəçi ilə güclənəcək](https://ww3.apasport.az/storage/news/2024/january/27/big/65b4dc8b8048a65b4dc8b8048b170635175565b4dc8b8048865b4dc8b80489.jpg)
"Strasburq"un müdafiəçisi Gerzino Nyamsi karyerasını "Lokomotiv"də davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçunun transfer məbləği 3,5 milyon avro olacaq.
27 yaşlı fransız "dəmiryolçular"la 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayacaq. Nyamsi artıq Rusiya vizası alıb.
Bu mövsüm müdafiəçi "Strasburq"un heyətində 13 oyun keçirib və fərqlənə bilməyib.
"Transfermarkt" portalı fransalının dəyərini 5 milyon avro olaraq qiymətləndirib.
Qeyd edək ki, Nyamsi 2021-ci ilin yayından "Lokomotiv"in rənglərini qoruyur. O, əvvəllər “Renn”də çıxış edib.
0
0