Lopeteqi ingilis klubu ilə anlaşdı
05.11.2022 - 09:39

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Julen Lopeteqi ilə hərtərəfli anlaşma əldə edib.
Razılığa əsasən, ötən ay “Sevilya”dan istefaya göndərilən ispaniyalı çalışdırıcı Premyer Liqa təmsilçisinin sükanı arxasına bir müddət sonra keçəcək. O, XVI tur çərçivəsində noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, yəni dünya çempionatı üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.
Qeyd edək ki, “Vulverhempton” hazırda Premyer Liqada 10 xalla 19-cu pillədə qərarlaşıb.
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- I Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub
- La Liqa: “Atletik” səfərdən 1 xalla qayıdıb
- Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq
- 10 ildən sonra köhnə tanışla – “Qarabağ”ın diqqətinə
0
0