Lovren yenidən Fransaya qayıtdı
03.01.2023 - 15:06
![Lovren yenidən Fransaya qayıtdı](https://ww3.apasport.az/storage/news/2023/january/03/big/63b40c6a9b02f63b40c6a9b030167274404263b40c6a9b02a63b40c6a9b02c.png)
Xorvatiyalı Deyan Lovren yenidən Fransa “Lion”una qayıdıb.
Apasport.az xəbər verir ki, Rusiyanın “Zenit” komandasından transfer edilən 33 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Lion təmsilçisinə futbolçunun keçidi 2 milyon avroya başa gəlib.
Qeyd edəki ki, Lovren 2010-cu ildə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan “Lion”a keçmişdi. Futbolçu köhnə-yeni komandasının heyətində 102 oyunda 3 qol da vurub.
0
0