Luis Suaresdən karyerası ilə bağlı QƏRAR
02.11.2022 - 13:34
![Luis Suaresdən karyerası ilə bağlı QƏRAR](https://ww3.apasport.az/storage/news/2022/november/02/big/6362399f2703c6362399f2703d16673816636362399f270366362399f27039.jpg)
Uruqvay millisinin futbolçusu Luis Suares gələcək karyerası ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirəcək.
Son ayları doğma “Nasyonal”da keçirən forvard “Los-Anceles Qalaksi” ilə anlaşmağa yaxındır. Uruqvay klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq Suares həmin vaxtdan MLS təmsilçisinə keçəcək.
Qeyd edək ki, Luis mövsümün 16 matçında 8 qol vurub.
0
0