La Liqa təmsilçisi "Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin "kral" klubundan ayrılmağı düşünür.
Apasport.az xəbər verir ki, 25 yaşlı qolkiper tezliklə meydana qayıdacaq belçikalı Tibo Kurtuanın kölgəsində qalmaq istəmir.
Premyer Liqa təmsilçisi "Mançester Yunayted" ukraynalı ilə maraqlanır. Futbolçu bu təklifi nəzərdən keçirməyə hazırdır. “Mançester Yunayted” rəhbərliyi qapıçıya “kral klubu”ndan daha sərfəli müqavilə təklif etməyə hazırdır.
Andreyin “Real Madrid”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı onun dəyərini 16 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Lunin İspaniya çempionatının cari mövsümündə 20 oyun keçirib və 13 qol buraxıb.
- Azərbaycan taekvondoçusu: “Olimpiadada da uğurlu çıxış edəcəm”
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- “Arsenal”da kütləvi ayrılıq - 20 futbolçu klubdan göndərildi
- “Sabah” “Qarabağ”ı məğlub etdi - YENİLƏNİB
- Messinin qolu komandasına kömək etmədi