Lunyov Rusiya millisində
18.03.2024 - 14:57
![Lunyov Rusiya millisində](https://ww3.apasport.az/storage/news/2024/march/18/big/65f81e41ba4b565f81e41ba4b6171075948965f81e41ba4b365f81e41ba4b4.jpg)
"Qarabağ"ın qapıçısı Andrey Lunev Rusiya millisinin toplanışına gəlib.
Apasport.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi teleqram kanalında məlumat verilib.
Bu, rusiyalı qolkiper üçün son 2 il yarımda ilk çağırışdır.
Bu mövsüm Lunyov Azərbaycan yığmasının heyətində 25 oyun keçirib və bu oyunda 32 qol buraxıb. Rusiyalı 8 görüşdə qapını təmiz saxlayıb.
Qeyd edək ki, martın 21-də Rusiya yığması Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Martın 25-də Valeri Karpinin yetirmələri daha bir görüş keçirəcək. Rusiya millisi Paraqvay ilə qarşılaşacaq.
0
0