Madriddən Romaya köçür
15.08.2022 - 13:23
“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Roma”nın hədəfinə düşüb.
Apasport.az saytının məlumatına görə, Nikolo Zaniolo İngiltərə komandalarından birinə keçsə, İtaliya klubu onu heyətinə qatmağa çalışacaq.
“Canavarlar” ispaniyalı futbolçu ilə bağlı danışıqlara da başlayıb. Zaniolonun tezliklə “Tottenhem”ə keçməsi gözlənilir. Romalılar onun transferindən 50 milyon avro qazanmağı və bu pulun müəyyən hissəsini Asensioya ayırmağı planlaşdırır.
Qeyd edək ki, 26 yaşlı Asensio 2015-ci ilin yayından “Real”da çıxış edir.
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- 31 ildə ilk dəfə
- Vüqar Mustafayev azarkeşlərlə vidalaşıb - FOTO
- Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
0
0