
Argentina millisinin və “Liverpul” klubunun yarımmüdafiəçisi Aleksis Mak Allister şəxsi həyatı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.
Apasport.az xəbər verir ki, futbolçunun keçmiş sevgilisi Kamila Mayan, ona qarşı 6 milyon dollar məbləğində təzminat iddiası qaldırıb.
Belə ki, Kamila Mayan futbolçunu aldadıb tərk etməkdə və onu münasibətləri bitdikdən dərhal sonra yeni sevgilisi Ailen Kova ilə münasibət qurmaqda ittiham edir. Mayanın iddiasına görə, o, Mak Allister ilə iki il ərzində birlikdə xaricdə yaşayıb və bu müddət ərzində şəxsi həyatından və karyerasından imtina edib.
Kamila, həmin iki il ərzində keçirdiyi “itirilmiş zaman” üçün aylıq 250 min dollar — ümumilikdə 6 milyon dollar təzminat tələb edir. Onun vəkilləri qeyd edir ki, bu tələb mənəvi, psixoloji və maddi itkilərə əsaslanır.
Aleksis Mak Allister tərəfi hələ ki, məsələylə bağlı rəsmi açıqlama verməyib. Hadisə isə Argentina və İngiltərə mediasında geniş müzakirə olunur.