İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Daniel Maldinini icarəyə götürüb.
24 yaşlı hücumameyilli yarımmüdafiəçinin icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Razılaşmada satınalma hüququ da var və müəyyən idman şərtləri yerinə yetiriləcəyi halda bu, məcburi öhdəliyə çevriləcək.
Daniel “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludur.
Qeyd edək ki, “Milan”ın yetirməsi olan Daniel Maldini daha əvvəl İtaliyada “Spetsiya”, “Empoli”, “Montsa” və “Latsio” klublarında icarə əsasında çıxış edib.
- Yevlax klubu ev oyunlarındakı tamaşaçı sayına görə birincidir
- Ronaldo “Mançester Yunayted”lə bağlı fikrini qətiləşdirdi
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Azərbaycanlı hakim beynəlxalq kursda iştirak edib
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”